Özel Arama
Başın sağ olsun, Azərbaycan!
Şəhidlər ölməz, Vətən bölünməz!


Şəhid olmuş Azərbaycan hərbçilərinin hamısının adı məlum olub – SİYAHI



Şəhid olmuş Azərbaycan hərbçilərinin hamısının adı məlum olub – SİYAHI


Düşmənlə atışmada ordumuuzn daha 5 hərbçisi yaralanıb.

Ötən gün cəbhə xəttində şəhid olmuş Azərbaycan hərbçilərindən hamısının adı məlum olub.

APA-nın məlumatına görə, düşmənin həmləsini dəf edərkən Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olub:


- Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu

- Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov

- Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov

- Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov

- Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov

- Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov

- Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov

- Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu

Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi yaralanıb. Yaralıların adı dəqiqləşdirilir.


0 yorum:

Yorum Gönder